Naxçıvanda 35-dən çox kibercinayətkarlıq faktının üstü açıldı

00:04 - 21 Dekabr 2023 - GÜNDƏM

 Naxçıvanda 35-dən çox kibercinayətkarlıq faktının üstü açıldı

Naxçıvanda il ərzində 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, vətəndaşlara qarşı törədilmiş kibercinayətkarlıq hallarının qarşısını almaq üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən bir sıra mübarizə tədbirləri həyata keçirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovniki Qasım Həsənov jurlalistlərə müsahibəsində bildirib ki, muxtar respublikada il ərzində, ümumilikdə, nazirliyin Cinayət Axtarış İdarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları tərəfindən 35-dən çox kibercinayətkarlıq faktının üstü açılıb.

Q.Həsənov bildirib ki, kibercinayətkarların qurbanı olmamaq üçün, ilk növbədə, insanlar ayıq-sayıq olmalıdır.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

O əlavə edib ki, praktika göstərir ki, insanların kibercinayətkarların qurbanına çevrilməsi özlərinin məsuliyyətsizliyi nəticəsində baş verir:

"Belə ki, hər şəxs öz kart məlumatlarını və digər şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamalıdır. Əlavə olaraq yüksək qazanc vəd edən elanlara və iş təkliflərinə inanmamalıdırlar. Bank adı ilə vətəndaşlara zəng edən kibercinayətkarlara heç vaxt öz bank və kart məlumatlarını, eləcə də kartın 3DS kodunu təqdim etməməyi də tövsiyə edirik".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol