İngilis deputat: Şimali Kiprin müstəqilliyini tanıyaq

08:18 - 21 Dekabr 2023 - GÜNDƏM

 İngilis deputat: Şimali Kiprin müstəqilliyini tanıyaq

Böyük Britaniya deputatı Semmi Uilson hökuməti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb.

BUTA.TV xəbər verir ki, deputat yunan administrasiyası ilə müqayisədə türk respublikasının daha yaxşı partnyor olacağını bildirib.

“Böyük Britaniyanın Şimali Kipr Türk Respublikasını qanuni hakimiyyət kimi tanımaması üçün heç bir səbəb görmürəm. Hətta deyərdim ki, Kipr türkləri, yunanlardan fərqli olaraq, Britaniya üçün yaxşı tərəfdaş olublar, çünki onlar heç vaxt adadakı hərbi bazalarımızı təqib etməyib və onlara qarşı kampaniya aparmayıblar”, - S.Uilson qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol