Fransada miqrasiyanı sərtləşdirmək üçün qəbul edilmiş qanun ölkə üçün məğlubiyyətdir.
BUTA.TV xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Fransua Olland “Monde” qəzetinə müsahibəsində deyib.
"Bu, respublika üçün məğlubiyyətdir. Konstitusiyaya zidd müddəalarla mətn qəbul edildikdə, bu, irəliləyiş kimi qiymətləndirilə bilməz", - Olland bildirib.
Qeyd edək ki, dekabrın 20-də Fransa parlamenti miqrasiyanın sərtləşdirilməsinə dair mübahisəli qanun layihəsinin mətnini təsdiqləyib.
Fransada "Darmanin" qanunu adlanan yeni sığınacaq və miqrasiya qanunu qeyri-qanuni miqrantların deportasiyasına nəzarəti gücləndirmək üçün bir çox tədbirləri ehtiva edir. Bu, həmçinin cinayət törətmiş əcnəbilərin Fransadan deportasiyasını nəzərdə tutur.
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü