Miley Argentinada fövqəladə vəziyyət elan etdi

10:00 - 21 Dekabr 2023 - GÜNDƏM

 Miley Argentinada fövqəladə vəziyyət elan etdi

Argentina Prezidenti Xavyer Miley 2025-ci il dekabrın 31-dək ölkədə iqtisadi, səhiyyə və sosial sahədə fövqəladə vəziyyət elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə müvafiq fərman Argentina hökuməti tərəfindən yayılıb.

“2025-ci il dekabrın 31-dək iqtisadi, maliyyə, fiskal, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilsin”, - məlumatda deyilib.

Qeyd olunur ki, fövqəladə vəziyyətin elan edilməsi Mileyə iqtisadiyyatın liberallaşdırılmasına və tənzimlənməməsinə yönəlmiş islahatlar paketinin fərdi olaraq Konqresdən keçməsinə haqq qazandırmaq üçün lazımdır. Ümumilikdə, fərman 360-dan çox maddədən ibarətdir ki, onların da əhəmiyyətli hissəsi mövcud qanunların ləğv olunmasını və ya onlara dəyişikliklər edilməsini nəzərdə tutur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol