SEPAH-ın Britaniyada fəaliyyət göstərən İrana müxalif jurnalistlərlə bağlı terror planı ifşa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Bildirilib ki, SEPAH Londonda yerləşən “İran İnternational” televiziya kanalının əməkdaşları - Sima Sabit və Fərdad Dərruxzadın öldürülməsi üçün killerə 200 min dollar pul ayırıb.
Terror planının arxasında SEPAH-ın yüksək rütbəli komandirlərindən olan Məhəmmədrza Ənsarinin olduğu qeyd edilib.
Ənsarinin planlaşdırdığı əməliyyyata SEPAH-a bağlı və Bəşər Əsəd ailəsinə yaxın Məhəmməd Əbdülrəzzaq Kənfani başçılıq edib.
Qeyd edilib ki, terrorun həyata keçirilməsi 2016-cı ildə SEPAH-la əməkdaşlığa cəlb olunan, sonralar Qərb ölkələrindən birinin kəşfiyyat xidməti tərəfindən ələ keçirilən şəxsə tapşırılıb.
Bununla yanaşı, dekabrın 20-də Britaniya məhkəməsi çeçen əsilli Avstriya vətəndaşı Məhəmməd Hüseyn Dutayevə qarşı ittiham irəli sürüb. Məhkəmə onu bundan əvvəl ofisi Londonda yerləşən İrana müxalif “İran İnternational” televiziya kanalına terror əməliyyatı həyata keçirməyə cəhddə günahlandırıb.
Dutayev cari ilin fevral ayında adıçəkilən televiziya kanalının binasından fotolar çəkdiyi, məlumatlar topladığı vaxt Britaniya polisi tərəfindən həbs edilib.
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video