Gürcüstanda “Alt-İnfo”nun rusiyapərəst radikalları etiraz əlaməti olaraq AB-nin bayrağını yandırıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.
Məlumata görə, daha əvvəl kremlyönlü hərəkatın üzvlərindən biri Laşa Şaruxiya Mtsxeta şəhərində administrasiya binasında quraşdırılmış ən böyük AB bayrağını yandırmışdı:
“Məhkəmə onu 6 il müddətinə azadlıqdan məhrum edib. Buna cavab olaraq “Alt-İnfo”nun tərəfdarları və üzvləri etiraz kampaniyasına başlayıblar. Onlar nümayişkaranə şəkildə AB bayraqlarını yandırıb, lentə alıb və görüntüləri sosial şəbəkələrdə yayıblar. Radikallar Laşa Şaruxiyanın azadlığa buraxılmasını tələb edir, əks halda iğtişaşlara başlayacaqları ilə hədələyirlər”.
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video