Ermənistan ehtiyatda olan hərbçilərini toplayır

13:44 - 21 Dekabr 2023 - GÜNDƏM

 Ermənistan ehtiyatda olan hərbçilərini toplayır

2024-cü il yanvarın 23-dən aprelin 12-dək birinci ehtiyat qrupunun birinci və ikinci kateqoriyaları üzrə qeydiyyatda olan sıravi, zabit və gizirlər üçün təlim-məşq toplanışları elan edilir.

BUTA.TV xəbər verir ki, bu barədə müvafiq qərar dekabrın 21-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Təlimə 2838-dək vətəndaş cəlb olunacaq ki, onlardan 2579-u sıravi və kiçik gizir, 98-i baş gizir, 161-i ümmumqoşun silah, raket və artilleriya ixtisasları üzrə ehtiyatda olan zabitdir.

“Elan edilən təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir”, - məlumatda vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol