Anqola Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə Anqolanın mineral ehtiyatlar, neft və qaz naziri Diamantina de Azevedu məlumat verib.
O bildirib ki, qərar ölkə prezidenti Juana Lourensunun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında qəbul edilib.
Qeyd edək ki, Anqola uzun müddətdir ki, OPEK sazişinin diktə etdiyi hasilat öhdəliklərini yerinə yetirmirdi. Təşkilatın müəyyən etdiyi 1,455 milyon barel hasilat səviyyəsinə baxmayaraq, Anqola sutkada yalnız 1,1-1,2 milyon barel və ya daha az neft çıxarırdı.
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video