Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilinin vəziyyəti əladır, onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı müvafiq qurum verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze bildirib.
"Əslində bu adam pəhriz saxlayırdı. Əla formadadır, yaxşı görünür. Ola bilsin ki, müvafiq şöbə qərar qəbul etsin", - Kaladze jurnalistlərə deyib.
Tiflis meri vurğulayıb ki, Saakaşvilinin səhhətində heç vaxt problem olmayıb:
"Bu, sadəcə spekulyasiya idi. O, sadəcə olaraq, səhhətində problem varmış kimi ölkəyə qarşı kampaniya aparırdı. Deyəsən, dünyada olan bütün xəstəliklərin hamısı onda var idi. Bunu onun tərəfdarları və ailə üzvləri deyirdi".
Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın rəhbərlik etdiyi “Gürcüstan naminə” partiyası Saakaşvilinin ən azı Yeni il tətilindən sonra cəzaçəkmə müəssisəsinə köçürülməsini hökumətdən xahiş etmişdi.
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video