Rəisinin təxirə düşən səfəri: Türkiyəyə gedir

22:50 - 21 Dekabr 2023 - GÜNDƏM

 Rəisinin təxirə düşən səfəri: Türkiyəyə gedir

İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri yaxın vaxtlarda baş tutacaq.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisinin iclasında deyib.

“Biz İran Prezidenti cənab Rəisinin yaxın gələcəkdə Türkiyədə keçiriləcək Ali Əməkdaşlıq Şurasının iclasında iştirakını gözləyirik”, - o bildirib.

Xatırladaq ki, İran prezidentinin Ankaraya səfəri noyabrın 28-nə planlaşdırılsa da, sonradan təxirə salınmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol