Tural Əliyevə PA-da yüksək vəzifə verildi

23:42 - 21 Dekabr 2023 - GÜNDƏM

 Tural Əliyevə PA-da yüksək vəzifə verildi

Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Tural Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir təyin edilib.

Qeyd edək ki, T.Əliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin politologiya ixtisası üzrə bakalavr, milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib, siyasi elmlər üzrə fəlsəfə doktorudur.

Tural Əliyev 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır, dövlət qulluğunun baş müşaviridir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol