Hava şəraitinin yaxşılaşması ilə ruslar hücumları gücləndirib

00:34 - 22 Dekabr 2023 - GÜNDƏM

 Hava şəraitinin yaxşılaşması ilə ruslar hücumları gücləndirib

Hava şəraitinin yaxşılaşması ilə düşmən əməliyyat-taktiki aviasiya və FPV tipli kvadrokopterlərdən istifadə intensivliyini artırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Feysbuk hesabında bildirilib.

Eyni zamanda, ruslar zirehli texnikanın dəstəyi ilə aktiv hücum əməliyyatlarını davam etdirir. Hava hücumlarının və artilleriya hücumlarının sayını artırıb.

Rusiya işğalçıları gün ərzində Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə 41 hava zərbəsi endirib və çoxsaylı reaktiv raket sistemlərindən 28 hücum həyata keçirib.

"Rusiyanın terror hücumları nəticəsində, təəssüf ki, mülki əhali arasında yaralananlar var. Şəxsi yaşayış binaları və digər mülki infrastrukturlar dağıdılıb və zədələnib", - Baş Qərargah qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol