"Rosatom" Qazaxıstanda atom elektrik stansiyasını tikməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin "İzvestiya" qəzetinə müsahibəsində deyib .
"Sülh məqsədli nüvə enerjisi sahəsində Rusiya-Qazaxıstan əməkdaşlığı genişlənir. Atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq səsverməsi zamanı müsbət qərar qəbul olunarsa, "Rosatom" bu mühüm layihəni rahat şəraitdə həyata keçirməyə hazırdır", - səfir vurğulayıb.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sentyabrın 1-də ölkə xalqına müraciətində Atom Elektrik Stansiyasının tikintisi məsələsinin ümumxalq səsverməsinə çıxarılmasını təklif edib.
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video