Ukrayna Prezidenti Vladimir Zelenski ilə Macarıstan Baş naziri Viktor Orban arasında görüş mübahisəli məsələlər həll olunmayana qədər baş tutmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Macarıstan xarici işlər nazirinin müavini Levente Madyar deyib.
"Vladimir Zelenski ilə Viktor Orban arasında görüşə hazırlaşarkən biz şərt qoyduq: əvvəlcə mübahisəli məsələləri necə həll edəcəyimizi razılaşdıracağıq. Biz hələ bu nöqtəyə gəlməmişik, ona görə də indi görüş vaxtsız olardı, lakin biz bunun üzərində işləyirik", - nazir vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Ukrayna tərəfi görüşlə bağlı hazırlıqların getdiyi barədə açıqlama yayıb.
- Dünyanın ən gözəl sözü seçildi
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert