F-16 qırıcılarının birinci partiyasının artıq Ukraynaya çatdırıldığı ehtimalı irəli sürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyusvik” (Newsweek) nəşri yazıb.
Nəşrin iddiasına görə, dekabr ayında ardıcıl şəkildə Rusiya qırıcılarının vurulması sıradan hadisələr deyil.
Bildirilib ki, Rusiya son üç həftə ərzində 8 qırıcı təyyarə itirib:
“Dekabrın 5-də Ukrayna ordusu İlanlar adası yaxınlığında rus qırıcısını vurduğunu açıqlayıb. 12 gün sonra isə Rusiyanın aviabazasına edilən hücum zamanı Su-34 qırıcısı məhv edilib. Həmin gün Ukrayna mediası Rusiyanın yanlışlıqla özünün Su-25 taktiki bombardmançılarından birini vurduğunu yazıb. Dekabrın 22-də Ukrayna Rusiyanın daha üç Su-34 bombardmançı təyyarəsini məhv edib. Kiyev həm də 24 dekabrda rus ordusuna aid Su-30 və Su-34-ün məhv edildiyi haqqında açıqlama yayıb.
26 dekabrda Ukrayna Krımda Rusiyanın "Novoçerkassk" desant gəmisini vurub. Hazırda gəmiyə F-16-dan qanadlı raketlərin atıldığına dair fikirlər də səsləndirilməkdədir”.
Nəşrin eksperti bildirib ki, bu uğurlar F-16 ilə bağlı ola bilər, sadəcə, Qərb 20 aylıq müharibədən dərs çıxarıb və anlayır ki, verdiyi mühüm silahı elan etməmək daha doğrudur.
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik