Bu rayonlarımıza qar yağır

12:34 - 28 Dekabr 2023 - GÜNDƏM

 Bu rayonlarımıza qar yağır

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol