DYP-dən velosiped sürənlərə xəbərdarlıq

12:46 - 28 Dekabr 2023 - GÜNDƏM

 DYP-dən velosiped sürənlərə xəbərdarlıq

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.

BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ikitəkərli nəqliyyat vasitəsi idarə edən şəxslərə xəbərdarlığında bildirilib.

"Belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi çətinliklər yaradır. Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir. BDYPİ ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir", - məlumatda vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol