Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycanla Rusiya arasında iki ölkə münasibətlərini tənzimləyən çoxsaylı sənədlər var.
O bildirib ki, bu sənədlər müxtəlif illərdə imzalanıb:
“O sənədlərə əsasən Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd - şərtsiz dəstəkləyir. Rusiya Prezidenti Vladimir Putin də Qarabağın Azərbaycan ərazisi olduğunu deyib. Rusiya hər zaman bu mövqeyini təsdiq edib”.
Nazirin sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatda Moskvanın mühüm rolu olub:
“Rusiya həmin sənədin tərəfidir. Ermənistanla Azərbaycan arasında sülh gündəliyi isə ikitərəfli məsələdir. Üçüncü tərəflər əgər neytraldırsa, obyektivdirsə, biz bunu dəstəkləyirik”.
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır