Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, keçirilən tədbir nəticəsində rayonun Kürdəmiş kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz torpaq daşınması faktı aşkarlanıb. İcazə şərtlərini pozmaqla yerin təkindən istifadə edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı