Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən çıxarılandan sonra siyasətlə məşğul olan və deputat mandatı verilən oğlu Levon Köçəryan sərhədimizə gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, L.Köçəryan dostları ilə Zəngəzur istiqamətində döyüş mövqelərini ziyarət edib.
“Bu gün biz Zəngəzurun döyüş mövqelərinə baş çəkdik. Ön cəbhədə dayanan əsgər və zabitlərimizlə söhbət etdik, vəziyyətlə tanış olduq. Vətənimizin müdafiəsi üçün ön cəbhədə dayanan hər kəsə problemsiz xidmət”, - deyə Levon sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Ermənistanda hakimiyyətə qayıtmaq potensialı olmayan R.Köçəryandan əlini üzən rusiyameyilli qüvvələr Levon Köçəryandan lider düzəltmək üçün can-başla çalışır və onun təbliğatını aparırlar. Hakimiyyətdə olduğu müddətdə erməni xalqından talayaraq topladığı külli miqdarda mirası atasından qəbul edən Levonun öz təbliğatına ciddi maliyyə xərclədiyi də görünür.
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı