“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus sərnişin təyyərəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, ödəniş "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) verilib.
Belə ki, aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş həyata keçirərkən onun mühərrikinə yad cisim düşüb və mühərrik zədələnib. Araşdırmalar və qiymətləndirilmələr bitdikdən sonra bu il dəymiş zərərin dəqiq məbləği müəyyənləşdirilib və ödəniş həyata keçirilib.
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır