Belqradda növbəti etiraz aksiyası başladı

20:08 - 29 Dekabr 2023 - GÜNDƏM

 Belqradda növbəti etiraz aksiyası başladı

“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasını dəstəkləyən “Mübarizə” tələbə təşkilatının tərəfdarları şəhərin mərkəzindəki Xarici İşlər Nazirliyi və Dövlət İdarəçilik Nazirliyinin binaları yaxınlığında çadırlar quraraq etiraz aksiyasına başlayıblar.

BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, etirazçılar Knez Miloş küçəsini bağlayıblar. Polis avtomobillərin hərəkətini yönləndirir. Hüquq-mühafizə orqanları etirazçılara mane olmur.

Müxalifətçilər çadır şəhərciyində 24 saat qalmaq niyyətindədirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol