Azərbaycanda fəaliyyət göstərən mobil rabitə opratorlarının bu il əldə etdiyi gəlir açıqlanıb.
BUTA.TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,1 faiz artaraq, 2 milyard 826,6 milyon manat təşkil edib ki, onun da 72 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 37,3 faizi və ya 1055,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü