Təbii ki, 12 yaşlı qız valideynlərinin arzusu ilə nişanlanıb. Burada hüquqa və milli əxlaqa zidd nəsə axtarmaq düzgün deyil.
Bu sözləri BUTA.TV-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumata münasibəıt bildirərkən deyib.
S.Vəkilov bildirib ki, əgər söhbət nikaha girməkdən gedirsə, nikah yaşı (18 yaş) Ailə Məcəlləsi ilə tənzimlənir:
“Əgər nikaha daxil olmursa, 12 yaşlı qızın nişanlanmasında hüquqi, milli və əxlaqi cəhətdən heç bir pozuntu yoxdur. Lakin bu yaşda uşaq özü sərbəst qərar verə bilmək ixtiyarında olmadığından yaxşı olar ki, yetkinlik yaşına çatsın və ailə quracağı şəxsə özünün münasibəti olsun. Ümumiyyətlə, 12 yaş Ailə Məcəlləsinə görə də uşaq sayılır. Bu baxımdan ailələr uşaqların taleyi ilə bağlı bu cür tələsik qərar verməməlidir”, - S.Vəkilov vurğulayıb.
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü