Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq” məlumat yayıb.
Məlumata görə, reytinqdə birinci yeri “Tesla” şirkətinin rəhbəri İlon Mask tutub:
"Maskın sərvəti “Tesla” səhmlərinin dəyərinin 105% artması sayəsində 95,4 milyard dollar artaraq, 232,3 milyard dollara çatıb. Nəticədə o, bir il əvvəl reytinqdə birinci yeri tutan fransız milyarder Bernard Arnonu geridə qoyub.
Arno dünyanın ən böyük lüks mallar istehsalçısı "LVMH Moet Hennessy Louis Vuitton SA" şirkətinə rəhbərlik edir.
Qlobal iqtisadiyyatda ümumi tənəzzül və dəbdəbəli mallara tələbatın azalması LVMH səhmlərinin dəyərinin artımını məhdudlaşdırıb, şirkətin səhmləri bu il 8,4% bahalaşıb. Hazırda Arnonun sərvəti 178,9 milyard dollar təşkil edir.
"Amazon"nun təsisçisi Ceff Bezos bu il sərvətinə 70 milyard dollar əlavə edib.
"Maykrasoft" korporasiyasının təsisçisi Bill Qeytsin xalis gəliri 140,511 milyard dollara, sözügedən şirkətin keçmiş baş direktoru Stiv Balmerin isə 130,529 milyard dollara yüksəlib. Qeyts və Balmer reytinq siyahısının ilk beşliyini tamamlayır.
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü