Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib.
"Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var", - H.Hacıyev vurğulayıb.
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü