Dekabrın 30-u səhər saatlarında İsrailin Suriya-İraq sərhədinə hava zərbələri nəticəsində İrana bağlı "Fatimiyyun" silahlı qruplaşmasının 5 üzvü həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Qruplaşma üzvlərinin 8 hərbi avtomobillə İraqdan Suriyaya keçmək istədikləri vaxt hədəf alındıqları bildirilib.
Qeyd edək ki, dekabrın 29-da İsrail aviasiyasının Suriyanın Dəməşq şəhərindəki beynəlxalq hava limanına hava zərbəsi endirməsi nəticəsində SEPAH-ın 11 yüksək rütbəli hərbçisi ölüb.
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar
- Putinin mətbuat konfransında xəritə mesajı - Foto
- Əli Əsədovdan bu qəzetlərlə bağlı qərar