UEFA-nın rəsmi saytı "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi oyunlardan yazıb.
BUTA.TV xəbər verir ki, məqalədə qeyd olunub:
“2010/11 mövsümündə Avropa Liqasının finalçısı olan "Braqa" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində bir qələbə qazana bilmədi (bir heç-heçə, iki məğlubiyyət). Lakin qrupda "Napoli"nin və "Real"ın da olduğunu nəzərə alsaq, bunu bağışlamaq olar.
2008-ci ildən avrokuboklarda çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandası ilə sonuncu dəfə 2018-ci ilin sentyabrında "Sportinq"ə (0:2) uduzduğu vaxt Portuqaliyaya səfər edib. “Qarabağ”ın hazırkı heyətində Portuqaliyada olan oynamış çoxlu Cənubi Amerikalı futbolçular var”.
Qeyd edək ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video