XTQ-də yeni komandan: Hikmət Mirzəyevin yerinə kim gətirilir?

11:03 - 19 Yanvar 2024 - CƏMİYYƏT

 XTQ-də yeni komandan: Hikmət Mirzəyevin yerinə kim gətirilir?

“General-leytenant Hikmət Mirzəyev uzun illərdir ki, Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) rəhbərlik edib, Bu müddət ərzində Hikmət müəllim onu vəzifədə əvəz edəcək generallar yetişdirib. Hazırda onlardan biri Hikmət Mirzəyevin vəzifəsini müvəqqəti icra edir. XTQ-yə komandan təyin etmək səlahiyyəti Ali Baş Komandana aiddir. Yəqin ki, dövlət başçısı yaxın zamanlarda uyğun hesab etdiyi generallardan birini bu vəzifəyə təyin edəcək”. 

Bu sözləri açıqlamasında ehtiyatda olan kapitan Ədalət Veridyev deyib. Hərbi ekspert general-leytenant Hikmət Mirzəyevin müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı təyin olunmasından sonra onun yerinə XTQ-yə kimin gətirilməsi ehtimallarını şərh edib. 

Müsahibimiz əlavə edib ki, orduda konkret şəxsin hansısa vəzifəyə təyinatı inqilabi dəyişikliklərlə müşahidə olunmur:

“Ümumiyyətlə, ordunun fəaliyyəti mövcud nizamnamələr və hərbi xidmət keçmə haqqında qanun çərçivəsində həyata keçirilir. Hikmət Mirzəyevin Quru Qoşunlara komandan - müdafiə nazirinin müavini vəzifəsinə təyin olunması ordumuzda, ilk növbədə, mənəvi-psixoloji ruh yüksəkliyinə səbəb olub. Azərbaycan Ordusunun ən yüksək rütbəli və Vətən müharibəsi qəhrəmanı olan hərbçisinin ən böyük tərkibə malik Quru Qoşunlarına komandan təyin edilməsi, təbii ki, hər birimiz tərəfindən müsbət qarşılanır”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“Digər tərəfdən, Hikmət Mirzəyev ilk hərbi təhsilini sovet dövründə Bakı Ali Ümumqoşun Məktəbində alıb. İkinci ali hərbi akademik təhsilini isə Türkiyədə alıb. Başqa sözlə desək, Hikmət Mirzəyev həm sovet, həm də NATO hərbi məktəblərinin təhsilinə malikdir ki, bu da ona Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Türkiyə ordusu modelinə keçidini sürətləndirmək üçün kifayət qədər ciddi dividentlər verir. Hikmət müəllim Azərbaycan Ordusunun döyüş imkanlarının yüksəldilmsinə müsbət töhfələr verəcək və biz bunun yaxın aylarda şahidi olacağıq”, - deyə Ə. Verdiyev fikirlərini yekunlaşdırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol