Lənkəran sakinlərindən 6 kiloqramdan artıq narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən BMV markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat vasitəsi saxlanılıb.
Keçirilən baxış zamanı avtomobilin yük yerindən 5 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslər sözügedən narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışının təşkil olunmasından ötrü əldə ediblər.
Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyatla isə əvvəllər məhkum olunmuş Lənkəran rayon sakini Sehran Nəzərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Ümumilikdə isə son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 16 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf