Polşanın LKS (Lodz) komandası Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun transferini açıqlayıb.
BUTA.TV xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
"Neftçi"nin yetirməsi olan oyunçu son olaraq “Qarabağ”ın formasını geyinib. Ağdam təmsilçisi ilə dörd dəfə Azərbaycan çempionu olan R.Məmmədov müxtəlif vaxtlarda “Səbail” və “Zirə”də də çıxış edib.
Premyer Liqada 110, yığmada isə 15 oyun keçirən müdafiəçi bu mövsüm “köhlən atlar”la 9 çempionat matçına çıxıb.
Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışırdı.
- Vahid aylıq müavinət kimlərə şamil olunmur? - Qaçqınkom
- Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
- Metroda işlərə niyə avqustun 15-də başlanır? - Sədr açıqladı
- Pensiya alanların nəzərinə!
- Tərtərdə ər-arvad yanaraq öldü
- Gürcüstandan qayıdış bileti tapmayan sərnişinlərə - ADY-dən cavab
- Ceyhun Bayramov Kiyevdə - Fotolar - Yenilənib
- Gəncədə restoran qarşısında kütləvi dava: ölən var