Futbol üzrə Türkiyə Super Liqasında XXI turun növbəti oyunları keçirilib.
BUTA.TV xəbər verir ki, səfərdə “Pendikspor”un qonağı olan “Beşiktaş” 0:4 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində qollardan ikisini "Fənərbağça"dan icarəyə götürülən Umut Nayir vurub.
Digər matçlarda "Kasımpaşa" "Hatayspor"a 3:0, "Alanyaspor" "Rizespor"a 2:1 hesabı ilə qalib gəlib, "Fatih Karagümrük" "Başakşehir"lə, "Adana Demirspor" isə "Ankaragücü" heç-heçə edib - 1:1.
Turun digər görüşləri yanvarın 21-22-də keçiriləcək.
Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Fənərbağça" başçılıq edir. Liderdən iki xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.
- Vahid aylıq müavinət kimlərə şamil olunmur? - Qaçqınkom
- Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
- Metroda işlərə niyə avqustun 15-də başlanır? - Sədr açıqladı
- Pensiya alanların nəzərinə!
- Tərtərdə ər-arvad yanaraq öldü
- Gürcüstandan qayıdış bileti tapmayan sərnişinlərə - ADY-dən cavab
- Ceyhun Bayramov Kiyevdə - Fotolar - Yenilənib
- Gəncədə restoran qarşısında kütləvi dava: ölən var