Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs olunub.
BUTA.TV xəbər verir ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılan sabiq müdir barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu barədə Binəqədi Rayon Məhkəməsi qərar qəbul edib. O, rüşvət almaqda ittiham edilir.
Qeyd edək ki, ötən ilin noyabrında Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə 9-cu sinif şagirdini döyməsi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, təhsil ocağına yoxlamaya gələn R.Hacıyev həmin məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlanı döyüb. Məktəblinin valideynləri bu iddia ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət ediblər.
Bundan başqa, bir neçə ay əvvəl də R.Hacıyev barəsində Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı.
- Vahid aylıq müavinət kimlərə şamil olunmur? - Qaçqınkom
- Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
- Metroda işlərə niyə avqustun 15-də başlanır? - Sədr açıqladı
- Pensiya alanların nəzərinə!
- Tərtərdə ər-arvad yanaraq öldü
- Gürcüstandan qayıdış bileti tapmayan sərnişinlərə - ADY-dən cavab
- Ceyhun Bayramov Kiyevdə - Fotolar - Yenilənib
- Gəncədə restoran qarşısında kütləvi dava: ölən var