İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb.
Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir.
Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
Laçındakı məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.
- Kanada ABŞ-dan asılılığı azaldır: AB ilə yeni plan
- Almaniyada kütləvi etirazlar: 10 minlərlə insan AfD-yə qarşı...
- Rusiya Ukrayna-Polşa sərhədini vurdu - Video
- Türk dünyasının yeni elm mərkəzi Bakıda fəaliyyətə başladı - Fotolar
- Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
- İndoneziyada 243 nəfərin olduğu gəmi ilə əlaqə kəsildi
- Tatarıstana hücum edildi: ölü və yaralılar var - Video
- Hörmüzdə İran gəmisi vuruldu: ölü və yaralılar var