İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vest Hem” “Arsenal”ı qəbul edib.
BUTA.TV xəbər verir ki, London derbisini Kreyq Pousonun başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Altı qol vurulduğu görüşün taleyi elə birinci hissədə həll olunub.
Matç “Arsenal”ın 6 – 0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 24 oyundan sonra “Arsenal” 3-cü pillədə qərarlaşıb. “Topçular” “Mançester Siti” ilə eyni xal toplasa da, “şəhərlilər” əlavə göstəricilərə görə londonlulardan bir pillə yüksəkdir. Bundan başqa, “Siti”nin ehtiyatında bir oyun daha var. Turnir cədvəlində vahid lider isə “Liverpul”dur. Yürgen Kloppun yetirmələrinin 54 xalı var.
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq