Gənc müğənni Mina Hüseyn yeni imici ilə gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, “şüşə dəri” trendinə qoşulan ifaçını görənlər tanımayıb. Onun bu imicdə görüntülərini vizajist Murad Sultan sosial şəbəkə hesabında paylaşaraq yazıb: “Mən də bu dəfə dünyaya səs salan “Şüşə dəri” makiyajı trendinə sevilən müğənni Mina Hüseynlə qoşuldum. Düşünürəm ki, çox gözəl obraz və çəkiliş alındı. Sizin də fikirləriniz maraqlıdır”.
Minanın bu görünüşü isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Ona “Səni kim bu hala salıb?!”, “Tanımadım”, “Özünüz kimi daha gözəlsiniz, bu imic yaraşmayıb” – kimi çoxsaylı şərhlər yazılıb.
- “Sevgilisi təşkilatdan böyük məbləğdə pul alıb, vəzifəsi yüksəldilib” - Şok iddia
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video