Gürcüstan Cenevrə danışıqları çərçivəsində irəliləyişə nail olmaq üçün səylərini davam etdirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Gürcüstan Cenevrə beynəlxalq danışıqlarında ən mühüm məsələlər üzrə irəliləyiş əldə etmək üçün səylərini davam etdirir və gələcəkdə də davam etdirəcək və növbəti raund üçün hazırlaşır”, - XİN-in bəyanatında deyilir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Cenevrə formatı beynəlxalq danışıqların mühüm platformasıdır.
Separatçı Abxaziyanın nümayəndələri bəyan ediblər ki, Moskva Cenevrə müzakirələrini Minskə və ya Bakıya köçürməyi düşünür.
Hələ ki, Rusiya rəsmiləri bu məsələyə münasibət bildirməyib.
Qeyd edək ki, Cenevrə danışıqları formatı 2008-ci ilin avqust müharibəsindən sonra yaradılıb. Görüşlərdə Gürcüstan, Rusiya, ABŞ nümayəndə heyətləri, Abxaziya və Cənubi Osetiya, Avropa Birliyi, BMT və ATƏT-in nümayəndələri iştirak edirlər. Bu gün Gürcüstan və Rusiya arasında siyasi dialoqun yeganə formatı budur.
- 40 il döyəclədiyi qapılar bir gecədə açıldı... - Fotolar
- Cənubda ev quşları kütləvi şəkildə tələf olur: Nə baş verir?
- Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib
- Bakının bu ərazilərində işıq olmayacaq
- Bir müddət əvvəl bıçaqlanan Araz Musayev əməliyyat oldu
- Mayda çökən körpünün yerində yenisi tikildi - Video
- Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü
- Çindən gətirilən 2 tonluq məhsul məhv edildi