Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
Bu barədə BUTA.TV-a idarədən bildirilib.
Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.
Belə ki, cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb.
Ötən gün Goran qəsəbəsi ərazisində daha bir analoji yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, avtomobil isə yolun kənarında dayanan digər avtomobilə toqquşub. Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir.
Baş Dövlət Yol Polisi İdarəsi sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir.
- İstər Avroviziya, istər COP-la bağlı əsassız tənqidlərlə üzləşdik
- Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub
- “Bona Dea”nın Nigar Köçərliyə kobudluğu... - Professor
- Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım
- İranda baş verən müəyyən qeyri-sabitlik... - Prezident
- Əliyevdən Ermənistan açıqlaması: Məhdudiyyətləri götürdük...
- ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır
- Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto