Bu ilin ilk səkkiz ayı ərzində Ukraynada həlak olan və xəsarət alan mülki şəxslərin sayı artıq 2025-ci ilin yekun göstəricisini üstələyib.

BUTA.TV xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvar-avqust aylarında Ukraynada azı 2 222 mülki şəxs həlak olub, 13058 nəfər isə yaralanıb.

Ümumilikdə mülki itkilərin sayı 15280 nəfər təşkil edib. Ötən il isə bu rəqəm 14656 olub.

Bildirilib ki, ən çox ölüm hadisəsi iyul və avqust aylarında qeydə alınıb. Yayın 2 ayı ərzində 820 nəfər həlak olub, 5 mindən çox insan isə yaralanıb.

Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu