Bəs, İranın “qırmızı xətt” idi? Tehran niyə səsini çıxarmır?

10:40 - 29 Mart 2024 - SİYASƏT

 Bəs, İranın “qırmızı xətt” idi? Tehran niyə səsini çıxarmır?

Aprelin 5-də Brüsseldə keçiriləcək görüşdə Ermənistanla hərbi pakt bağlamağa hazırlaşan ABŞ, Fransa, AB Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik fəaliyyətini açıq müstəviyə keçirməyə qərar verib. Heç bir şübhə yoxdur ki, təhlükəsizlik təminatı adı altında Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan dağıdıcı vasitə kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edəcək.

Bu sözləri BUTA.TV-a açıqlamasında ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyev deyib.

Millət vəkili vurğulayıb ki, Qərbin belə bir avantürası həm də Cənubi Qafqazda yeni nüfuz bölgüsünü həyata keçirməyə və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmağa yönəlib və bunun nəticəsində regionun yeni müharibələrə sürüklənməsi riski xeyli artacaq:

“Biz bunu AB-nin Ermənistandakı missiyasının hərbiləşdirilməsi fonunda da açıq görürük. Hazırda ABŞ-nin də bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən və barışdan dəm vuran Ermənistanın, o cümlədən ABŞ, Fransa, AB-nin siyasi riyakarlığını, saxtakarlığını və əsl üzünü bir daha göstərir. Ancaq hamı bilməlidir ki, Qərbin bu kimi ikiüzlü və saxta mahiyyətinə Azərbaycan çoxdan alışıbdır və bizdə artıq bu cür birtərəfli, qərəzli və ikili yanaşmalara qarşı güclü immunitet formalaşıb. Ona görə də bu addımların heç biri Azərbaycan xalqının və onun liderinin iradəsini sarsıda bilməyəcək və son 4 ildə olduğu kimi, bundan sonra da ölkəmizə qarşı qurulan bütün məkrli planların qarşısı qətiyyətlə alınacaq”.

Azay Quliyev İranın Ermənistana etiraz bildirməməsinə də diqqəti çəkib:

“Qərbin region ölkələri üçün yaxşı heç nə vəd etməyən bu kimi fəaliyyəti fonunda İranın hələ də səssiz qalması da başadüşülən deyil. Axı, İran dəfələrlə bəyan etmişdi ki, regiona kənar qüvvələrin müdaxiləsi onun qırmızı xəttidir. Necə ola bilər ki, ən xırda məsələyə görə Azərbaycanı şantaj edən, hədə-qorxu gələn İran rəsmiləri Ermənistanda Qərbin hərbi bazasının yaradılması fonunda nəinki İrəvanı hədələmir, hətta qınamır? Bu suala yaxın günlərdə aydınlıq gətiriləcəyinə ümid edirəm”.

Millət vəkili onu da əlavə edib ki, XİN-in mövzu ilə bağlı verdiyi açıqlamada deyildiyi kimi, şirnikləndirilən revanşist qüvvələrin bundan sonra Cənubi Qafqazda sabitliyin pozulmasına yönələn istənilən hərəkətinə görə təkcə Ermənistan deyil, eyni zamanda, onu bu işə sürükləyən AB və ABŞ da məsuliyyəti bölüşməli olacaq.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-AB müştərək konfransı keçiriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol