Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a bildirilib ki, plana uyğun olaraq təlimə cəlb olunan bölmələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.
Təlimdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun olaraq qəbul edilmiş qərarlara dair məruzələr dinlənilib.
Bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və çevik qərar qəbuletmə bacarıqlarının artırılması, eləcə də, qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - Video
- Çilidə qocalar evində yanğın: ölənlər var
- Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
- İrəvandan Kremlə hədə: Qaz qiyməti qalxsa, hərbi baza...
- Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə
- Putin Mayamiyə getsə, onunla görüşə bilərəm
- “Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - Video
- “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
- Rusiya mühüm sənaye müəssisəsinə zərbə endirdi