Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, vergi orqanlarının sərəncamında olan, tutduğu vəzifədən müvəqqəti olaraq kənarlaşdırılan, yaxud intizam tənbehi tətbiq edilmiş, həmçinin barəsində cinayət təqibi üzrə icraat başlanılmış vəzifəli şəxs müvafiq olaraq vəzifəyə təyin olunana, vəzifəsinə qaytarılana, intizam tənbehi götürülənə, cinayət təqibi üzrə icraata bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək növbəti xüsusi rütbəyə təqdim edilməyəcək.
Qeyd edək ki, hazırda intizam tənbehi tətbiq edilmiş vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə