Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəsi olduğunu başa düşə bilmədiyini söyləyib:
“Uşaq pulunu kəsməklə həmin proqramlara, layihələrə dolayı yolla dəstək göstərmiş oluruq. Düşünürəm ki, bütün əhalinin təqaüd yaşının azaldılmasına nəzər salmaq lazımdır. Təqaüd yaşının 65-dən 60-a endirilməsi istənilir. Ümumiyyətlə anaların, qadınların pensiya çıxmaq yaşını azaltmaq lazımdır. Dövlət idarələri bu barədə düşünməlidir. Hər halda 62-65 yaş Azərbaycanda təqaüdə çıxmaq üçün çox yüksəkdir. Biz deyirik ki, uzunömürlülər vətəniyik, amma bu da artıq nağıl kimi keçmişdə qaldı”.
S.Rüstəmxanlı vurğulayıb ki, ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur:
“Uşaq pullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır”.
- Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama
- ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?
- Azərbaycanda qırıcı sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
- Ən uğurlu insanlar bu tarixlərdə doğulur
- Tikini bazarında vəziyyət: Bu məhsullar ucuzlaşdı
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
- Türkləri hədəf alırlar, amma Türkiyə onlara görə Bakıya qarşı…
- Bakı Limanı ilə Quandun limanları arasında əməkdaşlıq müzakirəsi