Kreml Bakını dinləməməyin cəzasını çəkir - Professor

09:02 - 30 Mart 2024 - GÜNDƏM

 Kreml Bakını dinləməməyin cəzasını çəkir - Professor

5 apreldə Brüsseldə keçiriləcək görüş Ermənistanın bizimlə olan münasibətlərini müəyyən edəcək. Fikrimcə, görüşün nəticələrinin Azərbaycana birbaşa yox, dolayı yolla təsirləri ola bilər. Birbaşa hədəf Rusiyadır. Görüşdə əldə edilən razılaşmalara görə verilən qərarlar hər şeyi üzə çıxaracaq. Haqqında danışılan kənar güclər isə artıq bölgədədir.

Bu sözləri BUTA.TV-a Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Professor Azərbaycanın vaxtında bu təhlükələri gördüyünü və Rusiyaya xəbərdarlıq etdiyini vurğulayıb:

“Azərbaycanın həm Qərblə, həm də Rusiya ilə normal münasibətləri var. Qərb isə Ermənistanı öz tərəfinə çəkərək müəyyən fərqlərlə Rusiyaya qarşı istifadə etmək məqsədi güdür. Rusiya əvvəldən Azərbaycanın fikirlərini, tövsiyələrini nəzərə almalı, bunu əvvəlcədən bilməli idi. Rəsmi Moskva bu məsələdən kor-koranə istifadə etməyə çalışdı. Azərbaycan dövləti Rusiyaya dəfələrlə xəbərdarlıq etdi. Rusiya isə bu xəbərdarlıqlara, tövsiyələrə məhəl qoymadı və Qarabağ məsələsinin həllini uzatmağa çalışdı. Həllin uzanması isə son nəticədə Qərbin bölgəyə və proseslərə müdaxiləsinin yolunu açdı. Digər tərəfdən gözümüzün önündə yaxın tarix var. Ermənilər uzun müddət Osmanlı imperiyasında mühüm vəzifələr tutdular, amma ilk fürsətdə onu satdılar. İndi eyni addımı Rusiyaya qarşı atırlar. Yəni bu təcrübə Rusiya üçün ən azından dərs olmalı idi. Həm Çar imperiyası, həm SSRİ, həm də 1991-ci ildən sonrakı dövrdə Rusiya erməniləri hər zaman azərbaycanlılardan üstün tutub və müxtəlif vaxtlarda bizə qarşı istifadə edib. Fikrimcə, rəsmi Moskva hazırda apardığı yanlış siyasətin cəzasını çəkir”.

Bu xəbər hal-hazırda çox oxunur
"4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

Alim Ermənistanın hansısa direktivlərlə Azərbaycanla yenidən müharibəyə başlamasını indiki məqamda qeyri-mümkün hesab edib:

“Azərbaycan Türkiyə ilə Şuşa Bəyannaməsi imzalayıb, Rusiya ilə də müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə mövcuddur. Ancaq Rusiya özü Azərbaycanın iradlarına, təklif və xəbərdarlıqlarına baxmayaraq, son üç ildən artıq müddətdə səhv addımlar atıb. Qərb də səhv addımların meydana gətirdiyi imkanlardan faydalanır. Yenə qeyd edirəm ki, baş verənlər Moskvanın yanlış addımlarının nəticəsidir. Müharibənin yenidən başlama məsələsinə gəldikdə isə bunun baş verəcəyini düşünmürəm. Çünki Ermənistandakı revanşist qüvvələrin hamısı rusyönümlüdür, onlar Rusiyaya qarşı ikinci cəbhənin açılmasını istəməz. Digər tərəfdən NATO-nun ən güclü üzvlərindən biri olan Türkiyə Azərbaycanın müttəfiqidir və təşkilatın prosesə birbaşa müdaxiləsi mümkün deyil, çünki Ankaranın veto hüququ var. AB-nin də Türkiyə ilə qarşı-qarşıya gəlməyi gözə alacağına inanmıram. Makron kimi bir-iki siyasətçinin açıqlaması qısamüddətli formada nəyəsə təsir edə bilər. Amma ümumi mənada AB-nin Azərbaycanla əməkdaşlıqdan imtina etməsi mümkün deyil”.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının rəybəri Ursula fon der Leyenin görüşü gözlənilir. Görüşdə Ermənistanla hərbi pakt imzalanacağı ehtimalı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol