Ötən gün təlim atışları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Saleh Kamal oğlu Xələfova şəhid statusu veriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Bizim.Media Quba rayon İcra Hakimiyyətindən məlumat əldə edib. Bildirilib ki, S. Xələfovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətiriləcək. Əsgərin cənazəsi Quba şəhərinin girəcəyində qarşılanmadan sonra ailəsinə təhvil veriləcək.
Daha sonra əsgər Saleh Xələfov Quba Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video