Ermənistan hərbi qüvvələrini sərhəddə yığır - Yeni müharibə olacaq?

18:38 - 6 Aprel 2024 - CƏMİYYƏT

 Ermənistan hərbi qüvvələrini sərhəddə yığır - Yeni müharibə olacaq?

Dünən Brüsseldə keçirilən görüşdən və Qərb tərəfdaşlarından alınan təminatlardan ruhlanan Ermənistan hakimiyyəti Azərbaycana qarşı təxribat xarakterli militarist kursunu davam etdirir. İrəvan silahlı qüvvələrini Şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir. Ermənistan rəsmiləri öz havadarları ilə birgə “Bu, Azərbaycana qarşı yönəlməyib”, - desələr də, biz əksini görürük. Bəs görəsən, dünən baş tutan üçtərəfli görüşdən sonra Ermənistan tərəfinin bu addımı nədən xəbər verir?

Mövzu ilə bağlı BUTA.TV-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, dünənki görüşdə Ermənistana verilən vədlər və yardımlar rəsmi İrəvanı müəyyən qədər cəsarətlənidirib:

“Məlum olduğu kimi 5 aprelə qədər olan müddətdə gərginlik var idi. Ermənistan dünənki görüşdən sonra, müəyyən qədər cəsarətlənəcək. ABŞ və Avropa İttifaqının onların iqtisadi və hərbi təhlükəsizliyinin təminatında zəmanətlər verməsi, ermənilərin sərhəddə yeni təxribatlar yaratmasına gətirib çıxara bilər. Ermənistan sərhəddə canlı qüvvə və hərbi texnika yığmaqla, Azərbaycanı atəşkəsi pozmağa təhrik edir. Amma istənilən halda, ermənilər hər hansı təxribatyönümlü addım atarsa, Azərbaycan bunun cavabını verəcək”. 

Polkovnik təxribatların daha çox qərb dairələrinin işinə yaradığını qeyd edib.

“Erməniləri narahat edən odur ki, bu qədər qələbə və uğurdan sonra heç bir qərb dairəsindən Azərbaycana qarşı sanksiya çıxmadı. İndi həmin boşluğu doldurmaq üçün Azərbaycanı təhrik etmək istəyirlər. Şərqi Zəngəzur istiqamətdə hərbi hərəkətliliyin olması da məhz bununla bağlıdır. Görünür planlar var və atəşkəsin pozulması üçün səbəb olmalıdır. Bu böyük rəsmin sadəcə kiçik parçalarıdır. Dünənki kimi kiçikçaplı atəşkəs pozuntularının cavabı yerindəcə verilir. Amma iriçaplı əməliyyatların baş tutmasına Ermənistanın arxasında duran qüvvələr daha çox maraqlıdır. Ermənistan qərbin Azərbaycan və Rusiyaya qarşı istifadə etdiyi vasitədir. Biz hazırda bunun nəticələrini görürük”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol