Milli Məclisin 71 yaşlı deputatı Aqil Abbasın Baku TV-yə fala baxması ilə bağlı verdiyi müsahibə ictimaiyyətdə müzakirələrə səbəb olub. Bir çoxu millət vəkilinin dediklərini zarafat kimi qəbul etsə də, fala baxdığına inananlar da var.
BUTA.TV xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Aqil Abbas bunun zarafat olduğunu bildirib: “Belə bir şey yoxdur. Jurnalist xanım qarşıma çıxdı, mən də zarafat etdim. Görünür, camaat belə paylaşımları sevir, maraq göstərir.
Bəyəm, mən falçıyam?! Təəssüf ki, bizdə səmimi zarafatları qəbul edə bilmirlər. Gərək ciddi, kobud olasan, kamera görən kimi qalstukunu düzəldib, yaxanı düymələyəsən. Mən falçıya getmirəm, inanmıram və özüm də falçı deyiləm”.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək