Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan işçilərə kompensasiya veriləcək.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
Müzakirələrdən sonra dəyişiklik parlamentin plenar iclasına tövsiyə olunub.
- Yekaterinburqda saxlanılan azərbaycanlı həbs edildi
- Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad...
- Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?
- Azərbaycanda yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?
- AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video
- Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir