Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

11:56 - 23 Aprel 2024 - CƏMİYYƏT

 Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

19 apreldə 4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır. Nəinki bir kənd, hətta bir ev də Vətəndir! Təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük coğrafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir. Bir kəndin - Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə və Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən 4 kənd üçün şəhid verilmədiyini hesablayanda, Qələbəmizin dəyəri daha böyük görünür:

“Rus dilində məşhur bir ifadə var – “sobiratel zemel” (torpaq toplayan) .Dilimizdə tam qarşılığı ona görə yoxdur ki, onu qazanan rəhbərimiz olmayıb. İndi sərhəd xətlərini ordunun və diplomatiyanın gücü ilə yenidən çəkən, Rəsulzadənin, Nərimanovun, Bağırovun yarımçıq qalan arzularını gerçəkləşdirən lider məhz “sobiratel zemel”dir! Torpaqları toplayanda millət də, dövlət də böyüyür”.

Deputat bildirib ki, Prezident dünən kollektiv Qərblə savaşan Putinə Bakıdan Mokvaya zərbə vurulmayacağına zəmanət verir:

“Ən böyük sülhməramlı da Odur - Bizim liderdir! 19 aprel razılaşması Qərbin əleyhimizə apardığı etnik təmizləmə və ilhaq kampaniyasına da zərbə vurur, “Azərbaycanın Ermənistana hücum edəcəyi”nə dair son 6 ayda tirajlanan dezinformasiyaları alt-üst edir. Ona görə sazişi BMT Baş katibi, ABŞ Dövlət katibi, AB rəhbərləri və onlarla ölkənin xarici siyasət idarəsi də alqışlamalı oldu.

Ermənistanın siyasi qətnamə və silahlarla təchizinin Azərbaycana qarşı olmadığını, “İrəvan müharibəyə hazırlaşırsa, niyə 4 kəndi sülh yolu ilə qaytarır” deyənlər bilsin ki, Paşinyanı belə addıma vadar edən 44 üstəgəl bir gündür!

Şuşa və Xankəndi Zəfərinin, bütövlüyümüzün memarının məhz Ulu öndər olduğunu deyərkən dünən Kremldə Heydər Əliyevin misilsiz xidmətlərinin vurğulanmasını XXI əsrin qlobal siyasətini müəyyən edən Baykal Amur Magistralının Zəngəzur dəhlizi ilə birləşəcəyini, nəhəng Şimal-Cənub marşrutuna da yaşıl işıq salacağını qürurla söyləməliiyk!

Əlbəttə, kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən “26 sentyabr beyinli”lərə də Paşinyanın dili ilə cavab verməliyik. Erməni Baş nazir Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırarkən xəbərdar etdi ki, əgər razılaşmasanız, regionda partlayış olacaq. Yəni, sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək!”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol