Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, bunu Oxu.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi İbrahim Mirzəyev deyib.
O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 aprel tarixli Sərəncamı əsasında komitənin 2 departamenti - “Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti” və “Repatriasiya” departamentləri ləğv edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 aprel tarixli Sərəncamı ilə isə Dövlət Komitəsi aparatının ümumi ştat sayı artırılıb.
Artırılmış ştat vahidləri hesabına komitənin aparatının tərkibində iki yeni şöbə - “Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr”, “Qayıdışın qeydiyyatı və təşkili” şöbələri yaradılıb.
Ləğv edilmiş departamentlərdə işləyən dövlət qulluqçuları komitədə analoji vakant vəzifələrə təyin olunublar.
Komitədə struktur dəyişikliyi dövlət idraetməsini təkmilləşdirmək, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının effektivliyini təmin etmək məqsədi daşıyır.
- "Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib" - Tramp Zelenski ilə görüşdə "dəli" olub
- Rəsul Quliyev: “Azərbaycana qayıtmaq niyyətim ...” - MÜSAHİBƏ
- Ramiz Mehdiyevin kürəkəni əsəbiləşdi: “Boş söhbətlər etməyin”
- Hikmət Hacıyev Astanadan yeni video paylaşdı
- Zəngəzurun qırmızı lentini şəxsən o kəsəcək - Qevondyan
- Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb
- Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında
- Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt